Teymur Mustafayev koronavirusdan vəfat edib
Məşhurlar Xəstəliklər

Teymur Mustafayev koronavirusdan vəfat edib

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin ölüm səbəbi məlum olub…

1Arada.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) İnterAz-a bildirilib ki, 04.06.2020-ci il tarixində “Yeni Klinika” tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. 

Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatışmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. 

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir