Tarif Şurasından metroda gediş haqqının artırılacağı xəbərlərinə - RƏSMİ AÇIQLAMA
Hər Şeydən Bir Az

Tarif Şurasından metroda gediş haqqının artırılacağı xəbərlərinə – RƏSMİ AÇIQLAMA

Son günlər Bakı metrosunda gediş haqqının qalxması ilə bağlı müxtəlif fikirlər səslənir.

1Arada.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov da açıqlama verib. Qurum rəsmisi bildirib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir.

Məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxladıq.

Qurumdan cavab olaraq bildirildi ki, hazırda Bakı metrosunda gediş haqqının qaldırılması ilə bağlı müzakirə aparılmır.

“Bakı metrosunda gediş haqqının dəyişdirilməsi məsələsi hazırda müzakirə olunmur. Bu barədə Bakı metrosunun rəhbərliyindən Tarif Şurasına müraciət daxil olmayıb”, – deyə qurumdan bildirilib. 

Qeyd edək ki, bir müddət əvvəl Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov jurnalistlərə açıqlamasında sərnişinin daşınma xərcinin 48-56 qəpik arasında dəyişə biləcəyini bildirmişdi. Sədrin sözlərinə görə, hazırda bu rəqəm 52 qəpiyə yaxındır. 

Xatırladaq ki, Bakı metrosunda gediş haqqı 30 qəpikdir. (baku.ws)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir