Karantin dövründə qeydə alınan nikahların sayı açıqlanıb - RƏSMİ
Hər Şeydən Bir Az

Karantin dövründə qeydə alınan nikahların sayı açıqlanıb – RƏSMİ

Azərbaycanda karantin dövründə qeydə alınan nikahların sayı açıqlanıb. 1Arada.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova məlumat verib. R.Manafova bildirib ki, karantin dövründə 1224 nikah qeydə alınıb: “Karantin dövründə boşanma qeydə alınmayıb. Bu proses müvəqqəti olaraq dayandırılıb”.

Azərbaycanda koronavirus yenidən alovlana bilər — XƏBƏRDARLIQ
Hər Şeydən Bir Az Xəstəliklər

Azərbaycanda koronavirus yenidən alovlana bilər — XƏBƏRDARLIQ

1Arada.az oxu.az-a istinadən xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.  Onun sözlərinə görə, insanların gigiyenik qaydalara əməl etmələri ən azı bu ilin sonuna qədər vacibdir: “Azərbaycanda aparılan izolyasiya tədbirləri xəstəlik sayında azalmalara səbəb olub. Xəstəliyin sürətlə artmadığını görürük. Növbəti dalğaya hazır olmaq üçün sistemlərin gücləndirilməsinə ehtiyac […]

Azərbaycanda polislər koronavirusa yoluxub - Az öncə açıqlandı...
Hər Şeydən Bir Az

Azərbaycanda polislər koronavirusa yoluxub – Az öncə açıqlandı…

“Koronavirusa yoluxanlar arasında polis əməkdaşları var”. 1Arada.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. E.Zahidov qeyd edib ki, gücləndirilmiş rejimdə çalışan polis əməkdaşlarının koronavirusa yoluxması normaldır: “Çünki, onlar gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar. İlk gündən indiyədək vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların maariflənməsi istiqamətində xidmət aparırlar. Maksimum […]

Azərbaycanda 20 günlük karantin müddəti ilə bağlı vacib açıqlama
Hər Şeydən Bir Az

Azərbaycanda 20 günlük karantin müddəti ilə bağlı vacib açıqlama

Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla gedir, dövlət tərəfindən gərəkən bütün işlər görülür. Lazım gələrsə, xüsusi karantin rejimini bir az da gücləndirmək lazımdır. 1Arada.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M.Quliyev bildirib ki, koronavirus infeksiyası ilə bağlı son zamanlar vətəndaşlarda bir az arxayınlıq hiss olunur: […]

Azərbaycanda əhalinin sayı açıqlanıb
Hər Şeydən Bir Az

Azərbaycanda əhalinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən 1Arada.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən […]

Bu il Azərbaycanda 524 nəfər İİV-ə yoluxub
Redaktorun Seçimi

Bu il Azərbaycanda 524 nəfər İİV-ə yoluxub

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.Bu barədə 1arada.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan […]