Azərbaycanın tanınmış güləşçisi bıçaqlanıb
Hər Şeydən Bir Az

Azərbaycanın tanınmış güləşçisi bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. 1Arada.az apa-ya istinadən xəbər verir ki, hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb. Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir.

Azərbaycanlı güləşçi dünya çempionu oldu
İdman

Azərbaycanlı güləşçi dünya çempionu oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Turan Bayramov (65 kq) finalda Yaponiya güləşçisinə 3:2 hesabı ilə qalib gələrək çempion olub. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni […]