Tərkibində zərərli maddələr olan çörəyi bu əlmətlərdən tanımaq mümkündür - Aldanmayın!
Hər Şeydən Bir Az

Tərkibində zərərli maddələr olan çörəyi bu əlmətlərdən tanımaq mümkündür – Aldanmayın!

Çörək demək olar ki, hər evdə yeyilir. Onun tərkibinə əlavə edilən maya və bir çox qatqı maddələrinin zərərli olduğu çoxlarına məlumdur. Bəs çörəyin tərkibində olan sağlamlıq üçün təhlükəli olan bu zərərli maddələri necə müəyyən etmək mümknüdür?

1Arada.az sizə bu mövzu ilə bağlı bir sıra məqamları təqdim edir: Dünya Sağlamlıq Təşkilatının bildirdiyinə görə, çörəyə qaytılan bir çox maddələr xərçəngə səbəb olur. Bu maddələr çörəyə gözəl görüntü vermək, ağartmaq, ömrünü uzatmaq, xəmirin işlənməsini  asanlaşdırmaq, və kütləsini artırmaq məqsədilə unun tərkibinə əlavə edilir. Çörəyin tərkibində sözü gedən maddələrin olub olmamasını müəyyən etmək heç də çətin deyil. Bunu çərəyin rəngindən, məsamələrinin formasından da anlamaq mümkündür.

  1. Əgər çörəyin içini əlimizlə möhkəm bir şəkildə sıxdıqdan bir müddət sonra o xəmirləşərək öz formasını yenidən almırs,a deməli bu çörəyin tərkibində qatqı maddəsi var. Normal tərkibə malik çörəklərdə bu proses baş vermir. Belə ki, bu çörəyi sıxdıqdan qısa bir müddət sonra öz formasını yenidən almalıdır.
  2. Əgər çörək həddən artıq ağdırsa, bu onun tərkibində olan qatqı maddəsindən xəbər verir. Lakin bir müddət əvvəl ağ çörəyin zərərli olduğunu anlayan insanlar ondan imtina edərək qara və 2-ci sort çörəklərə üstünlük verməyə başladılar.  Belə olduqda isə çörək sexləri ağ una kakao, qəhvə tozu kimi bəzi rəngləndirivilər vuraraq onu qara çörək adı ilə satışa çıxardılar. Əslində bu maddələr təbiidir, amma buna baxmayaraq istehlakçı aldadılır. Belə ki, alıcı zərərlidir deyə, ağ çörəkdən imtina edir, amma “rənglənmiş” ağ çörəyi faydalı qara çörək adı ilə istifadə edir. Bundan əlavə  çörəyə rəngləndirici kimi ‘akrilamid’ və ‘hidroksimetil furfural’ kimi bir çox kimyəvi maddələr də vurulur ki, bu da orqanizmə toksiki təsir göstərir. Çörəyin rənginə görə, ona rəngləndiricinin vurulub-vurulmadığını anlamaq çətin deyil. Rəngləndirici vurulan ağ çörək həddən artıq ağ, qara çörək isə həddən artıq tünd rəngə malik olur. Qara çörəyin təbii rəngi qəhvəyi olmalıdır.
  3. Ən vacib məqamlardan biri də çörəyi kəsdikdə onun məsaməli olmasıdır. Çörəyin təbii forması süngərvari olmalıdır. Amma ağ undan hazırlanan bir çox çörək növlərində bu müşahidə edilmir.
1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir