Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu - "Suşi"
Hər Şeydən Bir Az

Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu – “Suşi”

BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.
1Arada.az xəbər verir ki, bu barədə unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya “Suşi” sifariş veriblər: “Tələbələr “Suşi”ni yedikdən sonra özlərini pis hiss edib və təcili yardıma müraciət ediblər”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri – 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir