Təhsil Nazirliyindən yay tətili ilə bağlı vacib açıqlama
Təhsil

Təhsil Nazirliyindən yay tətili ilə bağlı vacib açıqlama

“Təhsil Nazirliyi yay tətili ilə bağlı bir çox tədbirlərin təşkili üzərində çalışır”.
1Arada.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, hazırda bununla bağlı həm televiziya formatı, həm də onlayn resursların təqdim olunmasına dair müzakirələr gedir: “Müzakirələr şagirdlərin faydalana biləcəyi öyrədici və əyləncəli ruhda resursların təqdimatı ilə bağlıdır. Dünən də Nazirliyin rəhbərliyi səviyyəsində müzakirələr aparıldı. Yəqin ki, yaxın müddət ərzində əsas təşəbbüslərimiz bəlli olacaq”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir