Təcili tibbi yardım evlərdə koronavirus analizi götürəcək - AZƏRBAYCANDA
Hər Şeydən Bir Az Redaktorun Seçimi Tibbi Xəbərlər

Təcili tibbi yardım evlərdə koronavirus analizi götürəcək – AZƏRBAYCANDA

Təcili tibbi yardım həkimləri evlərdə koronavirusla bağlı testlər edəcək.
Bunun üçün onlara xüsusi təlim keçirilərək, test nümunə götürmə paketi verilir.

1Arada.az Medicina.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB)dən məlumat verilib ki, hər hansı şəxs özündə qrip, soyuqdətmə, titrətmə əlamətləri hiss edərsə, harasa getmədən təcili tibbi yardıma zəng edərək, briqadaya məlumat verib, analiz olunmaq üçün müraciət etməlidir.
Təcili tibbi yardım həkimi evdə yaxma analizi götürərək, laboratoriyaya aparacaq. Cavab məlum olan kimi pasiyentə məlumat veriləcək.
Bakı şəhərində 103, ətraf ərazilər isə 113 nömrəsinə yığmalısız.Qeyd edək ki, bu test sağlam adamlardan götürülmür.
Ona görə də, təcili tibbi yardıma saxta məlumat verən şəxslər cəzalandırılacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir