SON DƏQİQƏ Operativ Qərargah məlumat yaydı-TƏCİLİ
Xəstəliklər

SON DƏQİQƏ:Operativ Qərargah məlumat yaydı-TƏCİLİ

İyulun 31-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 724 953-ə çatıb.

1Arada.az bildirir ki, bu barədə Anews.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 5 548-ə bərabərdir. Xəstələrdən 266 nəfəri reanimasiyadadır ki, onlardan da 68-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 31-də Azərbaycanda koronavirus infeksiyasına daha 318 yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir