SON DƏQİQƏ Operativ Qərargah karantin rejimi ilə bağlı AÇIQLAMA VERDİ
Hər Şeydən Bir Az Redaktorun Seçimi

SON DƏQİQƏ! Operativ Qərargah karantin rejimi ilə bağlı AÇIQLAMA VERDİ

1Arada.az xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxanların sayı günü-gündən artmaqda davam edir. Müşahidə olunan artıma əsasən mütəxəssislər ölkədə ikinci dalğanın qaçınılmaz olduğunu bildirirlər. Lakin, bir tərəfdən də karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Artıq metro yenidən sərnişinləri qəbul edir və Bakıda quraşdırılan postların sayı minimuma endirilərək 18-ə çatdırılıb.

Yeniavaz.com məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədova müraciət edib.

O, açıqlamasında karantin rejiminin yumşaldılmasının həyatın normallaşmasına faydası olduğunu bildirdi: “Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək. Son günlər koronavirusa yoluxma tendensiyalarında azalma müşahidə olunur. Əvvəlcə 143, sonra 97, daha sonra da 70 nəfərdə koronavirusa yoluxma oldu. Yəni, 3 gündür artıq azalma var. Burada əsas azalma tendensiyasıdır”.

İbrahim Məmmədov eyni zamanda karantin rejiminin yenidən sərtləşdirilmə ehtimalının olub-olmaması barədə də danışdı: ” O barədə indidən söz demək tezdir. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir