SON DƏQİQƏ! Cəlilabadda 52 nəfər koronovirusla bağlı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Hər Şeydən Bir Az

SON DƏQİQƏ! Cəlilabadda 52 nəfər koronovirusla bağlı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün həkim müayinəsi üçün  xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır. 
 

Nazirliyin mətbuat xidmətindən 1Arada.az-a verilən məlumata görə, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. 

Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir.  Həkim müşahidələri davam edir.   
 

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir