Hər Şeydən Bir Az

SON DƏQİQƏ! Beşmərtəbəli binalar SÖKÜLƏCƏK? – CAVABI

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev beşmərtəbəli binaların sökülməsi və ya təmir olunması məsələsinə aydınlıq gətirib.

1Arada.az APA-ya istinadən bildirir ki, A.Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Bakının Baş Planı üzərində işlər gedir:

“Bu sənədin əsas mahiyyəti şəhərin zonalaşdırılması, ərazidən daha səmərəli istifadə etmək, şəhərin müəyyən hissələrində yeri gələndə məhdudiyyətlərin tətbiq olunması və yaxud da inkişaf üçün perspektivli olan ərazilərin müəyyən edilməsidir. Baş Plan və onun miqyası, konkret binalar, məhəllələr, küçələrin problemlərini həll etmir, onun miqyası daha yüksəkdir. Amma Baş Plan çərçivəsində inkişafı zəruri olan böyük ərazilər, 50, 100 hektarlıq və daha böyük ərazilər müəyyənləşdiriləcək. Həmin ərazilərdə gələcəkdə yeni tikinti layihələri həyata keçirilə bilər”.

A.Quliyevin sözlərinə görə, beşmərtəbəli binaların sökülməsi Baş Plan formatında həll olunan məsələ deyil:

“Bu binaların vəziyyətindən asılı olaraq, hər biri ilə bağlı qərarlar müvafiq icra hakimiyyəti tərəfindən veriləcək”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir