SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs bıçaqlandı, vəziyyəti ağırdır
Hər Şeydən Bir Az

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs bıçaqlandı, vəziyyəti ağırdır

1Arada.az APA-ya istinadla xəbər verir ki, Bərdədə bıçaqlanma olub.

Hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi endirib.

Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir