SON DƏQİQƏ Azərbaycanda koronavirusdan ölənlərin sayı 100-ü ötdü
Tibbi Xəbərlər Xəstəliklər

SON DƏQİQƏ! Azərbaycanda koronavirusdan ölənlərin sayı 100-ü ötdü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1Arada.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı məyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir