Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb
Hər Şeydən Bir Az Texno NEWS

Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb

Smartfonun batareyası mobil siqnalın zəif olması da daxil olmaqla bir çox amillərə görə tez tükənə bilər.

1Arada.az-ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.

Onun sözlərinə görə, batareya həm də arxa planda işləyən proqramlar, fon rejimində işləyən proseslər, batareyanın temperaturunun çox aşağı olması, həmçinin “smart saat” kimi daşına bilən “ağıllı” cihazlarla məlumatların sinxronizasiyasına görə sürətlə boşala bilər.

“Bunun niyə baş verdiyini anlamaq üçün əvvəlcə hansı proqramların arxa planda işlədiyini yoxlamaq lazımdır. Məsələn, bu, proqramların tez-tez “buludla” sinxronizasiya edilməsi, məlumatları istifadəçinin digər cihazlarına göndərilməsinə görə ola bilər. “Android” və “iOS“-da buna “Ayarlar”ın “Batareya” bölümündə baxmaq olar”, – deyə ekspert bildirib.

V.Qritsenko qeyd edib ki, “Android” smartfon istehsalçıları hazırda arxa plandakı proqramların həddindən artıq güc istehlakı ilə mübarizə aparırlar və əksər hallarda hazırda istifadə edilməyən bütün proqramları zorla dayandırırlar. Ancaq o, bu addımı dəstəkləməyərək, belə tədbirlərin buraxılmış mesajlar və zənglər kimi bir sıra narahatlıqlara səbəb olduğunu deyib.

Smartfon “ağıllı saatla” birlikdə istifadə edilərsə və əldə xarici batareya yoxdursa, ancaq telefonun daha uzun müddət işləməsi lazımdırsa, “Bluetooth“u söndürməyə cəhd edə bilərsiniz. Bu zaman “Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb” smartfondan ayrı işləyir. Düzdür, “ağıllı saat”ın bildiriş alması dayanır, ancaq bu addım təcili vəziyyətdə batareyanın ömrünü uzatmağa kömək edir”.

Smartfonun akumlyatorunun tez boşalmasına səbəb olan başqa bir amil küçədə soyuq havadır. Belə telefonlarda istifadə olunan litium-ion batareyaların gücü soyuq havalarda azalır.

“Əgər batareya köhnəlibsə və bir neçə dəqiqə olsa belə şaxtalı havada istifadə edilirsə, cihazınız sönə bilər. Onu istiləşdirməyə cəhd edə bilərsiniz, ancaq bunu saç qurutma maşını və ya istilik batareyaları üzərində etməməlisiniz. Həddindən artıq yüksək temperatur batareyaya zərərlidir”, – deyə V.Qritsenko sözlərini tamamlayıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir