Sivilizasiyadan Uzaq Yaşayan Qəbilədə Koronavirus Tapıldı
Hər Şeydən Bir Az

Sivilizasiyadan uzaq yaşayan qəbilədə koronavirus tapıldı

Dünyada koronavirus aşkarlanmayan bir neçə ölkə qalıb. Amma virus daha böyük coğrafiyaya yayılmağa başlayıb.

1Arada.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Amazon meşələrində sivilizasiyadan uzaq yaşayan qəbilələrdən birində koronavirus aşkar olunub. Yanomami qəbiləsində 15 yaşlı yeniyetmədə infeksiya üzə çıxıb. Roraima əyalətində bundan xəbər tutanda xəstəni Boa Vista şəhərindəki xəstəxanaya yerləşdiriblər. Braziliyanın səhiyyə naziri Luis Enrike də xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Kokami etnik qrupunda da infeksiya ortaya çıxıb. Orada əvvəlcə bir həftə əvvəl 20 yaşlı qızın testi müsbət nəticə veribmiş.

Braziliyada indiyə qədər 16 min 238 nəfərdə virus aşkarlanıb. 823 nəfər həyatını itirib. Braziliya Səhiyyə Nazirliyi cəmi 173 nəfərin sağaldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının son məulmatına görə, təxminən 1,55 milyon insan virusa yoluxub. Ölənlərin sayı 90 mini keçib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir