Şirin turp marinadı - Resept
Yemək Reseptləri

Şirin turp marinadı – Resept

Turpun tam mövsümüdür. Bu xeyirli tərəvəzin həm yaşıl hissəsi hə də meyvəkökləri qida kimi istifadə edilir.

Tupdan təzə halda həm də marinə edilmiş formada da  istifadə edilir.

1Arada.az sizə şirin turp marinadının reseptini təqdim edir:

Tələb olunan ərzaqlar:

  • 1 kq qırmızı turp
  • 1 dəstə keşniş
  • 1 ədəd acı bibər
  • 1 stəkan sirkə
  • 2 x/q şəkər tozu
  • 2 x/q duz

Hazırlanması:

Qırmızı turpu fal-fal doğrayaraq şüşə qaba yığın. Üzərinə doğranmış keşniş və acı bibər tökün.

Ayrıca qabda sirkə tökərək qazın üzərində qızdırın. İçərisinə şəkər tozu, duz  tökərək qaynaya qədər qarışdırın. Sonra qazı söndürərək soyumağa qoyun. Turp, keşniş və acı bibər qarışımını bankaya dolduraraq üzərinə soyumuş sirkə qarışığını tökün. Ağzını yaxşıca bağlayın. 24 saat saxladıqdan sonra soyuducuy ayerləşdirin.

Nuş olsun!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir