Siqaret Çəkən Və Spirtli Içki Içənlərin Nəzərinə – ÜST Xəbərdarlıq Etdi
Hər Şeydən Bir Az

Siqaret çəkən və spirtli içki içənlərin nəzərinə – ÜST xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

1Arada.az-ın bildirdiyinə görə, RİA Novosti xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: “İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”.

Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır:

“Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin”. /APA

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir