Sayrışan Peyk Qatarı
Maraqlı Məlumatlar Texno NEWS

Sayrışan Peyk Qatarı

Bəzi insanlar səmada sıra ilə gedən işıqları görür və Ufo gördüklərini iddia edir. Lakin bu Space X-in yeni proektidir.

1Arada.az xəbər verir ki, Starlink proekti dünyanın orbitində yerləşdirilən peyk sistemidir. Bu fikir Space X şirkətinin CEO-su olan Elon Muska aiddir. Bu missiya ilə dünyanın hər bir yerində internet əlçatan olacaq.

Starlink 2015-ci ildə Elon Musk tərəfindən anons edildi və bunun 2017-ci ildə başlanması nəzərdə tutulurdu. Lakin bu missiyanın reallaşmasına 2018-ci ildə başlandı. Bu vaxt orbitə 2 demo peyk yerləşdirildi. Bunlar Tin-Tin A Tin-Tin B peykləri idi. Təbii ki, iş bununla bitmir. Bunun üçün yer orbitində nə 10, nədə 100, tam 42000 peyk yerləsdiriləcək. 2019 cu ilin 11 noyabrında 60 ədəd peyk orbitə göndərildi. Bu tarixdən bəri, hər ay orbitə 60 peyk göndərilir. Və bunun ayda 2 dəfə təkrarlanması nəzərdə tutulur. Starlink 2030-cu ilədək iki mərhələli həyata keçiriləcək. Birinci mərhələdə 12000, ikinci mərhələdə isə 30000 peykin göndərilməsi nəzərdə tutulur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir