Sarımsağı sürtgəcdən keçirməyin rahat yolu
Maraqlı Məlumatlar

Sarımsağı sürtgəcdən keçirməyin rahat yolu

Evdar xanımlar bir çox yeməklərində sarımsaqdan istifadə edirlər. Bu faydalı tərəvəzi əsasən də ət yeməklərinə, souslara, qarnirlərə əlavə etdikdə yeməklər daha da ləzzətlənir.

Sarımsağın ərtinin daha yaxşı çıxması üçün onu sürtgəcin xırda gözündən keçirmək lazımdır. Bu zaman onun şirəsi yaxşı çıxır və yeməyə daha çox ətir qatır.

Amma bu proses kifayət qədər çətindir. Yəqin ki, əsasən də uzun dırnaqları olan xanımlar sarımsağı sürtgəcdən keçirməyin nə qədər əziyyətli bir iş olduğunu bilirlər. Həmçinin də sürtgəcdən keçirdikdən sonra onun dəliklərində qalan sarımsaq qalıqlarını təmizləmək və sarımsağın qoxusunu aparmaq da əziyyətli bir işdir.

1Arada.az sizə sürımsağı sürtgəcdən keçirməyin daha rahat yolunu təqdim edir:

Sürtgəcə sellofan paket keçirin və üstündən sarımsağı sürtgəcləyin. Bu zaman həm manikürünüz və dırnaqlarınız cızılmayacaq, həm sarımsağın hamısından itkiyə getmədən istifadə edə biləcək, həm də sürtgəci asanlıqla təmizləyəcəksiniz.  

Sarımsağı asan təmziləməyin yolu

Sarımsaq baş hissəsini kəsin. Onu dişlərə ayıraraq ağzı bağlı bir qaba yığın. Qabı 30-60 saniyə ərzində yaxşıca silkələyin. Qapağı açdıqda sarımsaq qabıqlarının arasından təmizlənmiş dişlərini asanlıqla süçib ayıra biləcəksiniz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir