Sağlamlığa-zərər-verən-hamam-alışqanlıqları-–-Bunları-etməyin-4
Hər Şeydən Bir Az

Sağlamlığa zərər verən hamam alışqanlıqları – Bunları etməyin

Hamamda yerləşən adi bir unitaz özündə 3,2 milyon bakteriya saxlayır. Pis alışqanlıqlarla bu mikrobları özümüz də bilmədən onları ətrafa yayırıq. Nəticədə isə sızanaq və hətta mədə pozuntusu qazanırıq.

1Arada.az sizə hamamda edə biləcəyimiz səhvləri sadalayır:

1. Hamam süngəridən istifadə

Hamam süngəri yalnız təzə olduqda dərini yaxşı təmizləyir. Daha sonradan ölü hüceyrələr onun lifləri arasına girib orada qalır. Sabunlandıqdan sonra onu quruması üçün hamamda qoyduqda bakteriyaların çoxalması üçün yaxşı şərait yaratmış olursunuz. Növbəti dəfə sabunlandıqda orada çoxalan bakteriyaları bütün bədəninizə yayırsınız. Nə etmək lazımdır: Süngəri tez-tez dəyişdirin. Onun hamamda qurutmayın.

2. Duşda çimdikdə bədəninizin bəzi nöqtələrini yumursunuz

Bədəniniz bakteryalardan yalnız təmiz olduqda qorunur. Və tamamən təmiz olmalıdır. Duşda çimərkən əsasən də kürəyimizi, baş dərisini və ayaqlarımızın altını yaxşı yumuruq. Nə etmək lazımdır: Həmin yerləri yumaq üçün xüsusi fırçalar alın.

Sağlamlığa zərər verən hamam alışqanlıqları – Bunları etməyin
Sağlamlığa zərər verən hamam alışqanlıqları – Bunları etməyin

3. Diş fırçanızı açıqda saxlamaq

Hamam evdə olan ən təmiz yer deyil. Diş fırçasının açıq şəkildə saxladıqda onun müxtəlif bakteriyalara yoluxması normaldır. Daha sonradan bu fırça ilə dişləri fırçalamaq risklidir. Ne etmək lazımdır: Diş fırçanızı açıq şəkildə saxlamayın. Fırçanı 3 ayda bir dəyişdirin.

4. Hamama qadjetlə girmək

Təxminən 90 faiz insanlar hamama qadjetlə girir. Düzdür tualetdən çıxdıqdan sonra əllərimizi yuyuruq, amma telefonu təmizləmirik. Hətta bundan sonra telefonu yemək yeyərkən stolun da üstünə qoyuruq. Nə etmək lazımdır: Yaxşı olardı ki, qadjeti hamama salmayasınız.

5. Yaş dəsmalı hamamda asmaq

Hamamdan yaş dəsmal və ya məhrəba asmaq bakteriyaların çoxalması üçün ideal şərait yaratmaq deməkdir. Quruduqdan sonra belə bu əşyaların üzərində küllü miqdarda bakteriyalar olur. Nə etmək lazımdır: İslaq dəsmalı açıq havada qurudun. Hər dəfə qurulandıqdan sonra məhrəbanı yuyun.

6. Tualetdə 15 dəqiqədən çox orturmaq

Bir çoxları tualetdə oturaraq kitab oxuyur, oyun oynayır. Araşdırmalara görə, bu çox zərərlidir. Səbəbi isə damarlara düşən təzyiqin artmasıdır. Nə etmək lazımdır: Yaxşı olar ki, tualetə girdikdə yanınızda heç bir əşya götürməyəsiniz..

7. Bikini zonasının ülgüclə təmizləmək

Bikini zonasında tüklərin olması təbiidir. Hər şeydən əvvəl, onlar qarşı cinsi cəlb edən feremonlara malik olur. İkincisi, onlar sizi yabancı bakteriyalardan qoruyurlar. Onları ülgüclə təmizlədikdə dəriyə zərər dəyir. Nə etmək lazımdır: Bikini zonasının tamam təmiz olmasını istəyirsinizsə, onda epilyatordan və ya tük tökən kremlərdən istifadə edin.Həmin nahiyənin dərisi çox həssas olduğu üçün sabunla yumaq məsləhət deyil. Bunun üçün xüsusi vasitələr var.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir