Sağlam oynaqlar və elastik dəri üçün FAYDALI RESEPT
Xalq Təbabəti

Sağlam oynaqlar və elastik dəri üçün FAYDALI RESEPT

Kollagen zülalı orqanizmdə olan birləşdirici toxumanın əsas tərkib hissəsidir. Kollageni “cavanlıq zülalı” adlandırırlar. Bu zülal dərinin, qığırdaqların elastikliyini təmin edir.

1Arada.az xəbər verir ki, insan yaşa dolduqca kollagenin sintezi zəifləyir. Nəticədə dəri elastikliyini itirir, qocalmağa, sallanmağa başlayır, oynaqların hərəktliliyi pozulur və s.

Orqanizmi əlavə kollagenlə təmin etmək üçün bu kimi çox sadə reseptdən istifadə edə bilərsiniz.

5 qr jelatinin üzərinə 15 qr isti su tökün və su hamamında əriyənə qədər qızdırın. Üzərinə 10 ml itburnu siropu əlavə edin, qarışdırın və soyuducuya qoyun. Hazır jeleni qida qəbulundan sonra gündə 2-3 dəfə olmaqla yemək lazımdır. Jelenin xoş dadı var.

Bu çox faydalı müalicəvi məhsuldur. Jelatin təmiz kollagendən ibarətdir, C vitamini və flavonoidlərlə zəngin olan itburnu siropu kollagenin daha yaxşı mənimsənilməsini təmin edir.

Bir neçə porsiya jele qabaqcadan hazırlayıb soyuducuda saxlamaq və lazım olduqda qəbul etmək olar. ( Saglamolun.Az )

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir