Sağlam olmaq istəyirsiniz D vitamini yoxlatdırın
Hər Şeydən Bir Az Xəstəliklər

Sağlam olmaq istəyirsiniz? D vitaminini yoxlatdırın

Başqa adla günəş vitamini adlanan D vitamini demək olar ki, heç bir qida maddəsinin tərkibində olmur. Bu vitamin yalnız insan dərisi birbaşa günəş işiğı ilə təmasda olduqda əmələ gəlir. Ölkəmiz nə qədər günəşli olsa da buna baxmayaraq bir çoxlarının bədənində bu vitaminin çatışmazlığı mövcuddur. Bəsbelə olan halda neyləmək lazımdır? D vitaminin başqa nə cür əldə etmək olar?

1Arada.az sizə bu haqda məlumat verir:

Kimlərdə çatışmır? 

Dərisinin rəngi tünd olan insanlar ağ rəngli dərisi olanlara nisbətən daha çox D vitamininə ehtiyac duyurlar. Çünki tünd rəngli dəri açıq rəngli dəriyə nisbətən bu vitamini zəif sintez edir. Həmçinin də hamiləlik və laktasiya dövrü yaşayan qadınlar da risk altındadırlar. Buna görə də bu insanlar kənardan D vitaminin preparat şəklində qəbul etməlidirlər.

Bunlardan əlavə küçəyə az-az çıxan yaşlı insanlar, günlərinin çox hissəsini qapalı yerlərdə keçirən işçilər, gecə növbəsində çalışan və gündüz yatan insanlar  da risk qrupundadırlar.

D vitamini çatışmazlığının əlamətləri :

D votaminin çatışmazlığı orqanzim üçün ciddi sağlamlıq problemləri yaradır. Onun uzun müddətli çatışmazlığı ürək-damar və xərçəng xəstəliyi risqini artırır.

Buna görə də əgər sizdə aşağıda sadalanan 5 əlamət  mövcuddursa o zaman təcili olaraq həkimə gedərək D vitamini səviyyənizi yoxlatdırın.

Tez-tez xəstələnmək

D vitamini imun sistemin normal fəlaliyyəti üçün böyük əhəmiyyət kəsb edir. Bu vitaminin çatışmazlığı imun hüceyrələrinin infeksiyaya reaksiyasını azaldır ki, nəticədə də orqanzim infeksiyanı daha tez və asan qəbul edir. D vitamini həm anadangəlmə həm də sonradan yaranan immunitetin keyfiyyətinə müsbət təsir edir.

Əlval-ruhiyyənin aşağı olması

D vitamini beyində olan seratonin hormonunun miqdarını təyin edir.Bu hormon bizə həyatsevərlik və yüksək əhval-ruhiyyə üçün çox vacibdir.Hətta D vitamini defisiti ilə depresiya arasında birbaşa əlaqənin olduğu da məlumdur.

Daimi yorğunluq

D vitamini qəbul edilən qidanın enerjiyə çevirilməsi üçün çox vacibdir. Əgər siz daimi yorğunluq hiss edirsinizsə, bu D vitamininn çatışmazlığından xəbər verə bilər. Bu problemi tez bir zamanda aradan qaldırmaq üçün həb şəklində D vitamini ala bilərsiniz.

Sümük zəifliyi

D vitamini həm də orqanzimdə sümüklərin və dişlərin sağlamlığı üçün vacib olan laksium və fosforun da səviyyəsinin normada qalması üçün vacibdir. Yaşlınma zamanı meydana gələn sümük zəifliyi və yumşalmasınin səbəbi də məhz D vitamini defisitidir.

Əzələ ağrıları

D vitamini bütün bədən boyunca yerləşən əzələ reseptorlarının işləməsini təmin edir.Əgər əzələləriniz səbəbsiz olaraq sızıldayırsa, o zaman D vitamini çatışmazlığından şübhələnmək lazımdır.  İş burasındadır ki, bu vitamin əzələ toxumasına düşdükdə onları daha elastik və güclü edir.  Bu isə onların qopmasının qarşısını alır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir