ŞAD XƏBƏR! Nazirlər kabineti mühüm qərar verdi
Maraqlı Məlumatlar Redaktorun Seçimi

ŞAD XƏBƏR! Nazirlər kabineti mühüm qərar verdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

Bu barədə 1Arada.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat daxil olub. 

Məlumatda deyilir ki, sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək: “Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemləri işə salınması təmin olunacaq.

Bir daha sərnişinlərimizə göstərdikləri anlayış üçün təşəkkür edirik. Həmçinin, bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərində, dayanacaqlarda və avtobuslarda maskadan istifadə qaydalarına mütləq şəkildə əməl olunmalıdır”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir