Sadə və təbii hava təravətləndiricisi resepti - Özünüz hazırlayın
Gözəl Evim Hər Şeydən Bir Az

Sadə və təbii hava təravətləndiricisi resepti – Özünüz hazırlayın

Qapalı məkanlar əsasən də qış aylarında yaxşı havalandırılmadığı üçün xoşagəlməz qoxu verir. Düzdür mağazalarda müxtəlif ətirlərə malik hava təravətləndiricisi alıb istifadə etmək olar. Amma onların demək olar ki, hamısı toksiki tərkibə malikdir. Bu maddələr isə havanı təmizləmir, sadəcə olaraq pis qoxunu ört-basdır edir.

1Arada.az sizə evdə olan vasitələrdən havanı təravələndirəcək vasitəni özünüzün hazırlamağınızı təklif edir.

Bunun üçün sizə aşağıdakılar lazımdır:

  1. 500 ml həcmində şüşə banka
  2. Çay sodası
  3. Efir yağı (zövqə uyğun)
  4. Bir ədəd kiçik şam

Hazırlanması:

Bankanın 3-2 hissəsini çay sodası ilə doldurun. Üzərinə 30 damcı efir yağı tökün. Şamın metal hissəsinin tam olaraq sodaya batması şərti ilə şamı onun içərisinə yerləşdirin. Hava təravətləndiricisi hazırdır. Onu istədiyiniz otaqda yandıra bilərsiniz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir