Sabiq nazirin səhhətində irələyişlər var (AÇIQLAMA)
Hər Şeydən Bir Az

Sabiq nazirin səhhətində irələyişlər var (AÇIQLAMA)

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində irələyişlər var.
1Aarada.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla deyib.
O, bildirib ki, buna baxmayaraq İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqdadır:
“İrəliləyişlər udma refleksinin peyda olması, ağrı qıcıqlarına zəif reaksiyanın peyda olması, intubasion boru ilə sedasiyasız tənəffüsü, leykosit sayının azalması hesab edilə bilər. Lakin arterial təzyiq hələlik inotrop dəstəklə saxlanılır. Bu gün “Baku City Hospital”da həkimlərin birgə konsiliumu keçirilib, təyinatına müvafiq korrektələr edilib. Ümid Allahadır”.
Qeyd edək ki, bir neçə gün öncə daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. Koma vəziyyətində o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də “City” hospitala köçürülüb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir