Sabahın havası - yağış, külək...
Hər Şeydən Bir Az

Sabahın havası: yağış, külək…

Bakıda və Abşeron yarımadasında sabah gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1Arada.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir