Redaktorun Seçimi

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1arada.az-a verilən məlumata görə, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir