Sabaha olan hava ilə bağlı xəbərdarlıq edildi
Hər Şeydən Bir Az

Sabaha olan hava ilə bağlı xəbərdarlıq edildi

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1Arada.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Gün ərzində mülayim cənub-qərb  küləyi əsəcək. Havanın temperaturu  gecə 10-14° isti, gündüz  18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz  19-21°  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.  

Noyabrın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.  Havanın temperaturu gecə 6-11° isti, gündüz  18-23° isti, dağlarda gecə 3-8° isti,  gündüz  13-18° isti təşkil edəcək.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir