Sabaha olan hava ilə bağlı xəbərdarlıq edildi
Hər Şeydən Bir Az

Sabaha olan hava ilə bağlı xəbərdarlıq edildi

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən 1Arada.az-a verilən məlumatına əsasən, səhər duman olacaq, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 18-21, Bakıda gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza görə, mayın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir