Sabah yenə yağış yağacaq Həm Bakıda, həm də bölgələrdə
Hər Şeydən Bir Az

Sabah yenə yağış yağacaq: Həm Bakıda, həm də bölgələrdə

Azərbaycanda həftənin ilk gününə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1Arada.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.  

Gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.  

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 8-10° isti, gündüz  11-14° isti olacaq. 

Bakıda temperatur gecə 8-10° isti, gündüz  11-13° isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.   

Nisbi rütubət 80-90 % olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı ehtimalı var.  

Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.  

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.   

Havanın temperaturu gecə 4-9° isti, gündüz  14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti təşkil edəcək. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir