Sabah Bakıda pik dərəcədə İsti gözlənilir
Hər Şeydən Bir Az

Sabah Bakıda pik dərəcədə İsti gözlənilir

Azərbaycanda iyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1Arada.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 9-da Abşeron yarımadasında isti temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir