Turizm

Səyahət Etməyi Sevənlər, Təbiətə Ziyan Vurursunuz

Bir çoxlrının fikrincə dünyada səyahət qədər maraqlı məşğuliyyət yoxdur.

İş burasındadır ki, səyahət etmək insanlar üçün faydalı və maraqlı olsa da, təəssüflər olsun ki, planetimiz üçün bunu söyləmək olmaz.

1arada.az xəbər verir ki, Texas universitetinin alimlərinin bu yaxınlarda apardıqları araşdırmanın nəticələrinə görə, əslində vəziyyət düşünüləndən də çətindir.  

Araşdırma nəticəsində turistlərin böyük həvəslə can atdıqları populyar istirahət obyektlərinin havanın çirklənmə səviyyəsinə mənfi təsir göstərdiyi məlum olub.

Hava marşrutları havaya atılan karbon qazının miqdarına nəqliyyat vasitələri arasında liderdir. Həmçinin də 2 və daha artıq təyyarə dəyişməklə istədikləri məkana yetişmək havanın daha da çox çirklənməsinə gətirib çıxarır.

Buna görə də, alimlər təyyarələr tərəfindən havaya buraxılan tullantıları minimuma endirmək üçün səyahət etməyi sevən hər kəsin mümkün qədər birbaşa reyslərdən istifadə etmələrini tövsiyə edirlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir