Sərt karantin rejimi iyulun 15-nə kimi uzadılır - AÇIQLAMA
Hər Şeydən Bir Az

Sərt karantin rejimi iyulun 15-nə kimi uzadılır? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyunun 28-də 534 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur. Sərt karantin rejimi iyulun 15-nə kimi uzadıla bilərmi?

1Arada.az Sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Cavid Osmanov, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq olunduğunu bildirib:

“Amma yenə də gündəlik yoluxanların sayı 500-dən yuxarı olur. Əlbəttə bu hər birimizi narahat edən məsələdir. Bununla yanaşı beynəlxalq təcrübədə müvvəqəti olaraq digər təyinatlı obyeklərin xəstəxana kimi fəaliyyətini biz görmüşük. Bu məsələ gündəmdə olan məsələdir. Əlbəttə gündəlik yoluxanların sayı artarsa belə bir addım atıla bilər. Bununla yanaşı sərt karantin rejimi bir neçə gün də uzadıla bilər. Eyni zamanda sərt karantin rejimi 8 rayon və şəhərdən əlavə digər bölgələrə də tədbiq edilə bilər. Təbii ki, bu qərarların qəbul edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Yəqin ki, bu həftə Operativ Qərargah gündəlik yoluxanların sayı və coğrafiyasını nəzərə alaraq müvafiq qərar qəbul edəcək”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir