post
Hər Şeydən Bir Az

Rayondan Bakıya tibbi müayinəyə gəlməyin şərtləri açıqlandı – RƏSMİ

“Bakıya tibbi müayinəyə gəlmək istəyən şəxsləri iki nəfər müşayiət edə bilər”.

1Arada.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, rayonda yaşayan şəxslər yaşadıqları yerlərdəki tibbi müəssisəsindən bildiriş almaqla Bakıya xəstəxanaya gələ bilərlər:

“Şəxslər qeydiyyatda olduğu rayon mərkəzi xəstəxanasından göndəriş vərəqəsi almalıdır. Bu şəkildə Bakıya tibbi müayinəyə gələ bilər.

Eyni zamanda, müayinədən keçməyə gələn şəxsləri iki nəfər yaxın qohumu müşayiət edə bilər. Əsas şərt müşahidə edən şəxslərin yaşının 65-dən yuxarı olmamasıdır”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir