Rahat Yatmağınız Üçün Yataq Otağında Bu Bitkiləri Saxlayın
Gözəl Evim Maraqlı Məlumatlar

Rahat yatmağınız üçün yataq otağında bu bitkiləri saxlayın

Bitkilərin insana olan təsiri hələ qədim vaxtlardan məlumdur. Qəhvə, kakao və s. kimi bitkilər insana uzun müddət yuxusuz qalmaqda kömək edir. Otaq bitkilərindən yalnız dekorativ məksədlə istifadə etməkdən əlavə, həm də faydalanmaq da mümkündür. Bu bitkilərin insan orqanizminə, əhval-ruhiyəsinə təsiri sübut edilib. Buna görə də otaq bitkisi, əsasən də yataq otağı üçün bitki seçərkən onun gözəlliyindən əlavə faydalı və ya zərərli olmasını da nəzərə almaq vacibdir.

Bir çox bitkilər var ki, onları yataq otağında yetişdirilməsi daha məqsədəuyğundur. Səbəbi isə bu bitkilərin insana daha rahatladıcı təsir göstərməsidir. 1Arada.az sizə həmin bitkiləri təqdim edir:

1. Pelarqoniya:

Bu bitki “hava filteri” hesab edilir. Yuxunu normallaşdırır, daha gümrah oyanmağa kömək edir.

2. Ətirşah:

yorğunluğu və stresi aradan qaldırır, havanı təmizləyir.

3. Otaq limonu:

onun ətri demək olar ki, çoxlarının xoşuna gəlir. Güclü bakterisid və bərpaedici xüsusiyyətə malikdir. Sitrus bitkilərinin tərkibində olan efir yağları stressəleyhinə xüsusiyyətə malikdirlər. Həmçinin də sakitləşdirici və gümrahlaşdırıcı xassəyə malikdir.

4. Ardıc:

Bu bitkinin tərkibində olan efir yağları güclü sağaldıcı təsirə malikdir. O tənəffüs yollarının xəstəlikləri zamanı çox faydalıdır. Dərin yuxunu təmin edir.

5. Rozmarin:

Otaq bitkiləri içərisində yataq otağı üçün ən ideal bitki hesab edilə bilər. Tərkibində olan efir yağları tənəffüs orqanları və yuxu üçün çox faydalıdır.

6. Nanə və melissa sakitləşdirici xüsusiyyətə malikdirlər:

İnsanın emosional və psixoloji vəsiyyətinə müsbət təsir göstərir. Rahat və dərin yuxunu təmin edir. İnsan daha gümrah və enerjili oyanır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir