Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı - FOTO
İdman

Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı – FOTO

Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı - FOTO

1Arada.az “Oxu.Az”-a istinadən xəbər verir ki, o, Avstriyanın Zalsburq şəhərində keçirilən Premyer Liqa yarışında medal qazana bilməsə də, keçirdiyi iki görüşdə qazandığı qələbə (və bir tur azad olunmaya görə də qələbə hesablanır – S.M.) idmançımıza Tokio Olimpiadasında iştirak etmək üçün imkan yaradıb.

Hazırda 75 kq çəki dərəcəsi üzrə Olimpiya reytinqində 6795 xalla üçüncü sırada olan Rafael Ağayevə Zalsburqdakı yarışda finala çıxmış ukraynalı Stanislav Qorunanın çatması mümkünsüzdür. 4957,5 xalla altıncı sırada olan II Avropa Oyunlarının qalibi Zalsburqda, həmçinin bundan sonrakı yarışlarda (Rabat Premyer Liqası və Bakıda keçiriləcək Avropa çempionatı) qızıl medal qazansa belə, Rafaeli keçə bilməyəcək.

Bu, karate millimizin Olimpiadaya ikinci vəsiqəsidir. Daha əvvəl +61 kq çəki dərəcəsində dünya çempionumuz İrina Zaretskaya Dubaydakı Premyer Liqa yarışından sonra Olimpiadaya vəsiqəni rəsmiləşdirmişdi.

Bununla da Azərbaycandan Olimpiadaya gedəcək idmançıların sayı 13-ə çatıb.

Digər 11 idmançı bunlardır: Marina Nekrasova, İvan Tixonov (idman gimnastikası), Zöhrə Ağamirova, qrup hərəkətləri üzrə komanda (hər ikisi bədii gimnastika), Anna Skidan (atletika: çəkicatma), Maksim Şemberev (üzgüçülük), Ruslan Lunyov (güllə atıcılığı), Mariya Stadnik, Şərif Şərifov (hər ikisi güləş), Elçin Əsədov (şose velosipedi), Milad Beiqi (taekvondo).

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir