Qusarda daha bir zəhərlənmə - Bu dəfə “Rollton”dan
Hər Şeydən Bir Az

Qusarda daha bir zəhərlənmə – Bu dəfə “Rollton”dan

Bu gecə Qusar rayonunda daha bir ailəvi zəhərlənmə hadisəsi baş verib.
1Arada.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, dekabrın 15-i saat 22 radələrində Qusar şəhər sakinləri, 1972-ci il təvəllüdlü Zaryat Mövlanova, onun 12 yaşlı oğlu Zamir və onlara qonaq gəlmiş, 1967-ci il təvəllüdlü Xəyalə Nuraliyeva evdə yedikləri “Rollton” supundan zəhərləniblər.
Zəhərlənən şəxslər dekabrın 16-ı gecə saat 01 radələrində xəstəxanaya müraciət ediblər, hazırda vəziyyətləri yaxşıdır. Faktla bağlı araşdırma aparılır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir