“Qızıl gül” pençenyesi
Yemək Reseptləri

“Qızıl gül” pençenyesi

1Arada.az sizə “Qızıl gül pençenyesi”nin reseptini təqdim edir:

Xəmir üçün: 3 stəkan un, qabartma tozu, vanil, 250 qr kərə yağı, 200 qr xama, 2 yumurta sarısı

İçlik üçün:2  yumurta ağı, 1 stəkan şəkər tozu və qoz

Xəmirin hazırlanması:

Un və yağ bir qabda ovkələnərək qarışdırılır, üzərinə xama və yumurta sarısı əlavə edilərək bərk xəmir yoğrulur.  Xəmir 4 hissəyə ayrılır və kündələnilir.

Bezenin hazırlanması:

Yumutanın ağı şəkər tozu ilə qatı kütlə əmələ gəlincəyə qədər mikserlə çalınır. Vanil əlavə etmək olar.

 Şirniyyatın hazırlanması:

Kündələr ayrı qyrılıqda yayılaraq üzərinə beze çəkilir və qoz səpilərək bükülür. 2 barmaq enində kəsilir. Soba listinə yağlı kağız sərilir. Peçenyelər tərs çevrilərək listə düzülür. 

180 dərəcədə 15 dəqiqə üzəri qızarana qədər bişirilir.

Nuş olsun!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir