Qiymənin xarab olduğunu bu 4 üsulla təyin edin
Hər Şeydən Bir Az

Qiymənin xarab olduğunu bu 4 üsulla təyin edin

Daha əvəllər insanlar əti daha çox evdə ətçəkən maşından keçirərək qiymə hazırlayırdırlar. Lakin son zamanlarda marketlərdə, mağazalarda, hətta qıssablarda belə artıq hazır şəkildə satılan qiyməyə tez-tez rast gəlmək mümkündür. Bir çox insanlar çəkilmiş ət lazım olduqda  məhz bu cür hazır qiyməyə üstünlük verirlər. Amma bir şey də unutmaq olmaz ki, marketdən alınan hazır qiymə evdə hazırlanandan qat-qat keyfiyyətlidir. Bundan əlavə ət qiymə halına salındıqda onun yararlılıq müddəti tez bitir. Yəni parça və ya sümüklü ət qiymədən daha uzun müddətdə xarab olur. Buna görə də qiymənin saxlanma və istifadə qaydası daha fərqlidir.

1Arada.az sizə qiymənin xarab olmasını anlamağı 4 üsulunu təqdim edir:
1) Rəngi

Çiy qiymənin iç tərəfi hava ilə təmasda olmadığı üçün bozumtul qəhvəyi rəngdə ola bilr. Bu onun xarab olduğuna dəlalət etmir. Amma əgər qiymənin səthinin rəngi tündləşərək qəhvəyiyə çevrilibsə onda onu qətiyyən işlətmək olmaz. Çünki bu qiymənin xarab olmasından xəbər verir. Çiy qiymənin üzəri parlaq qırmızı, iç tərəfi isə qəhvəyi rəngli olmalıdır.

2) Əl ilə yoxlayın  

Ətin xarab olub olmamasını toxunmaqla da yoxlamaq olar. Əgər qiyməyə əlinizlə toxunduqda yapışqanlıq hissi yaradırsa bu onun xarab olmağa başladığından xəbər verir. Həm də bu hiss ətin çiy və ya bişmiş olmasından asılı olaraq möxcuddursa onu tez bir zamanda tullamaq məsləhətdir. Bakteriyaların yayılmasının qarşısını almaq üçün isə əllərinizi sabunlayaraq yuyun.

3) Əti iyləyin

İyləmək ətin xarab olub olmadığını müəyyən etməyin ən rahat yoludur. Təzə qiymənin iyi demək olar ki, olmur. Xarab olmuş qiymə isə iylənmiş  yumurta iyi verir. Amma xarab ətin iyini hər dəfə hiss etmək mümkün olmur. Belə olduqda qiymənin rəngini və yapışqanlığını da yoxlayın.

4) Son istifadə tarixinə baxın

Son istifadə tarixi məhsukun nə vaxt keyfiyyətini itirəcəyini göstərir.  Yəni ərzaqlar bu tarixə qədər yaxşı dada və keyfiyyətə malik olurlar. Bu səbəbdən də qiymə aldıqda onu  üzərində olan son istifadə tarixini diqqətlə oxuyun. Qiyməni dondurucuda 4 ay, soyuducuda isə cəmi 2 gün saxlaya bilərsiniz. Otaq temperaturunda isə onu 2 saatdan çox saxlamaq olmaz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir