Qaxda azyaşlı dərmandan zəhərlənib
Hər Şeydən Bir Az

Qaxda azyaşlı dərmandan zəhərlənib

Qax rayonunda 4 yaşlı uşaq valideyn nəzarətindən yayınaraq dərman preparatları qəbul edib və zəhərlənib.

1Arada.az bildirir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saat 17:00 radələrində rayonun Cəlayir kənd sakini, 2016-cı il təvəllüdlü Bəhruz Əvəz oğlu İbrahimli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 4 yaşlı B.İbrahimlinin yaşadığı ünvanda dərman həbləri qəbul edərək zəhərləndiyi məlum olub.  B. brahimlinin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Uşağın vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir