Qanazlığınız varsa püstə yeyin - Maraqlı faktlar
Maraqlı Məlumatlar

Qanazlığınız varsa püstə yeyin – Maraqlı faktlar

Püstəni çoxları sevir. Bu çərəz çiy, duzlanmış halda həmçinin də bir çox şirniyyatların tərkibində istifadə edilir.

1Arada.az sizə püstə haqda maraqlı faktlar təqdim edir.

Püstə istehsalında dünya liderləri İran və ABŞ-dır.

Püstə ağacının meyvələri gecə yığılır. Fakt budur ki, günəş işığında püstə meyvələri onu dərənləri zəhərləyə biləcək efir yağlarını ifraz edir. Buna görə də onun yığımı gün batımından sonra həyata keçirilir.

Türkiyə və İspaniyada bu çərəzə abidə qoyulub.

Püstə ağacı kiçik boyludur. Amma onun kökləri 15 metrə qədər dərinə gedir.

Püstənin tərkibində digər çərəzlərə nisbətən daha çox kalium var və bu, stress hormonu kortizolun istehsalını zəifləməsinə səbəb olur.

Püstənin tərkibində bədəndə pis xolesterol səviyyəsini aşağı salmağa və bununla da xərçəng riskini azaltmağa imkan verən maddələr – fitosterol var.

Qoz kimi püstə ağacların budaqlarında yumşaq bir qabıqda böyüyür. O məhsul yığıldıqdan dərhal sonra çıxarılır və sonra günəşdə qurudulur.

Püstənin tərkibində olan dəmirin miqdarı heç də qaraciyərdən az deyil. Belə ki, 100 qr püstə bu mikroelementin 3 günlük normasını özündə ehtiva edir.

Püstə ağacı dülgərlikdə istifadə olunur və lakların istehsalı üçün qatran alınır. Püstə ağacı yarpaqlarının kənarlarında kiçik şişkinliklər var. Onlar dəri və toxuculuq sənayesində boya istehsalı üçün istifadə olunur.

Püstə ağacının ilk məhsulunu verməsi üçün təxminən 10-12 il lazımdır. Bu ağac 400 ildən çox yaşayır və meyvə verir.

Bəzən elə olur ki, püstənin qabığını açmaq mümkün olmur. Bu onun hələ yetişmədiyinə bir işarədir.

Nobel mükafatçılarına hədiyyə olaraq püstə və çampan şərabı verilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir