Qan artıran qarabaşaq deserti - Çox faydalı və dadlıdır
Yemək Reseptləri

Qan artıran qarabaşaq deserti – Çox faydalı və dadlıdır

Qarabaşaq qanda olan hemoqlabinin miqdarını artırır, dəmirin C vitaminin və Fol turşusunun bədən tərfindən mənimsənilməsini təmin edir. Qanyaranma prosesinin sürətləndirir, qandakı şəkər miqdarını normada saxlayır. Çəkini azaldaraq əhval-ruhiyyəni yüksəldir. Buna görə də artıq çəki, qan azlığı və üzək-damar problemi olan şəxslər bu yarmadan çox istifadə etməlidirlər.

Lakin elə insanlar var ki, qarabaşaq yeməyini sevmir və demək olar ki, istifadə etmirlər. Qarabaşaq yarmasından yalnız yemək deyil, şirniyyat da hazırlamaq mümkündür.

 1Arada.az sizə qarabaşaq yarmasından hazırlanan desert reseptini təqdim edir:

1 stəkan qarabaşağı qəhvəüyüdəndə üyüdün. Ayrıca olaraq stəkanın 3-də 1-i kətan toxumunu üyüdərək üzərinə 7 xörək qaşığı su əlavə edin. 200 qr xurmanı tumundan təmizləyərək  1 saat suda saxlayın. Daha sonra hər 3 inqrediyenti qarışdıraraq mikserlə bircinsli kütlə halına gətirin. Qarışdırma prosesində kütləyə zövqə görə duz, bal, vanil, qoz və ya kakao əlavə edə bilərsiniz.   Kütləni bir müddət saxladıqdan sonra qida plyonkasına bükərək kolbasa formasına salın. Dilimləyərək süfrəyə verə bilərsiniz.

Nuş olsun!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir