Pullar koronavirus yaya bilər – HƏKİM XƏBƏRDARLIQ EDİB
Hər Şeydən Bir Az

Pullar koronavirus yaya bilər? – HƏKİM XƏBƏRDARLIQ EDİB

Əldən-ələ keçən pullar bir çox viruslar, o cümlədən koronavirus yaya bilər.

1Arada.az “e-tibb.az”a istinadən bildirir ki, Türkiyədən olan qulaq, burun, boğaz xəstəlikləri uzmanı Cem Karas bəzi virus və bakteriyaların pulla yayıla bildiyini bildirib.

Həkim vurğulayıb ki, ona görə də pulla təmasdan sonra mütləq əlləri yumaq lazımdır.

Bəzən bunun mümkün olmadığını deyən mütəxəssis ödəmələrin, alış-verişin mümkün qədər nəğd deyil, kartla yerinə yetirilməsini tövsiyə edib.

Onun sözlərinə görə, əsasən də hamilələr, immun sistemi zəif olanlar, uşaqlarla bağlı diqqətli olmaq lazımdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir