Plevrit nədir Əlamətləri və səbəbləri
Xəstəliklər

Plevrit nədir? Əlamətləri və səbəbləri

Plevrit dedikdə, parietal və visseral plevra təbəqələrinin diffuz və ya məhəlli irinli iltihabı, plevra boşluğunda irinin toplanması başa düşülür.

1Arada.az bildirir ki, kəskin irinli plevrit birincili və ikincili ola bilir. Birincili irinli plevrit köks boşluğunun açıq yaralanmalarında və əməliyyat zamanı infeksiyanın bilavasitə plevra boşluğuna düşməsindən inkişaf edir.

İkincili irinli plevritə daha çox rast gəlinir və əksərən ağciyərin müxtəlif iltihabı xəstəlikləri, qonşu orqanların irinli iltihabi prosesləri, ümumi septiki vəziyyət nəticəsində infeksiyanın və irinin plevra boşluğuna keçməsindən törənir.

İrinli plevriti törədə bilən başqa səbəblərdən qonşu orqanların – divararalığının, perikardın, yemək borusunun, fəqərələrin, diafraqmaaltı sahələrin, böyrəklərin və köks boşluğu divarının irinli iltihabi proseslərini göstərmək olar.

Plevritin əmələgəlmə səbəbləri və mexanizmi

Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və digər orqanların xəstəliklərini müşayiət edir. Əmələgəlmə səbəblərinə görə plevritlər infeksiya və qeyri-infeksiya (aseptik) mənşəli olur.

İnfeksiya mənşəli plevritlərin səbəbləri:

– bakterial infeksiyalar (stafilokok, pnevmokok, qrammənfi flora və s.);

– göbələk infeksiyaları (kandidoz, blastomikoz, koksidioidoz);

– viruslu, parazitli (amöbiaz, exinokokkoz), mikoplazmalı infeksiyalar;

– vərəm infeksiyası (pasiyentlərin 20%-də aşkar olunur);

– sifilis, səpmə və qarın yatalağı, brusellyoz, tülyaremiya;

– döş qəfəsi nahiyəsində cərrahi müdaxilələr və travmalar.

Göründüyünüz kimi səbəblər çoxdur. Elə buna görə də xəstəlik mövcud olduğu halda səbəbi araşdırılmalıdır. Səbəbini biləndən sonra xəstəyə effektli müalicə tətbiq etmək olar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir