Pirotexnik vasitə uşağın barmaqlarını qopartdı
Hər Şeydən Bir Az

Pirotexnik vasitə uşağın barmaqlarını qopartdı

10 yaşlı uşağın üç barmağı pirotexnik vasitənin partlaması nəticəsində qopub. 1Arada.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, hadisə Rusiyanın Kuban əyalətində baş verib. Həkimlər uşağın vəziyyətinin stabil olduğunu, ancaq yeni ilin ilk həftəsini xəstəxanada keçirəcəyini söyləyib. Qeyd edək ki, sözügedən pirotexnik vasitələr Azərbaycanda da uşaqlar tərəfindən geniş şəkildə istifadə olunur. Xüsusən, bayram ərəfəsində valideynlər yuxarıda qeyd edilən hadisəni görməzdən gələrək, bu cür partlayıcı vasitələri uşaqlarını sevindirmək üçün alırlar. Amma unudurlar ki, 5-10 dəqiqəlik sevinc ömür boyu peşmanlıqla nəticələnə bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir