Pilləkən Qalxmaq Ürəyə Xeyirdir – Həkimlər Bildirirlər
Redaktorun Seçimi

Pilləkən qalxmaq ürəyə xeyirdir – Həkimlər bildirirlər

Belə hesab olunur ki, əgər hər gün lift yerinə daimi olaraq pilləkəndən istifadə etsəniz o zaman, sizin idman zalına getməyinizə ehtiyac qalmayacaq.

1Arada.az xəbər verir ki, alimlər normal idman məşqini əvəz edə bilmək üçün neçə pilləkən qət etməyin lazım olduğunu araşdırıblar. Məlum olub ki, sağlam olmaq, həyat qabiliyyətinin artması və ölüm riskinin aşağı düşməsi üçün gün ərzində 2-4 mərtəbəyə pilləkənlə qalxmaq kifayət edir.

Araşdırmalara görə,pilləkən qalxmaq və ya enmək ürək-dama sistemi göstəricilərini, müvazinəti, qan təzyiqini, qanda olan şəkər və xolesterin miqdarını, çəkini normada saxlamağa səbəb olur.  Ürək əsasən də pilləkən qalxarkən daha effektli işləyir. Bu yüksək intensivli idman məqşinə bərabər olur. Pilləkənlə enmək isə orta intensivli məşqə bərabərdir. Həkimlərin bildirdiklərinə görə, ürək-damar sisteminin tonusu artırmaq üçün həftə ərzində 30-160 dəqiqə olmaqla 8-12 həftə ərzində pilləkənlə qalxmaq tələb olunur.

1Arada
1ARADA.az portalı tibbi sayt olmaqla yanaşı böyükdən kiçiyə çoxlarını maraqlandıran bir çox sahələrdən sizi xəbərdar edəcək. Saytımızdan həkimlərin müsahibələri, onların fəaliyyət sahələri, tibb aləmində olan yeniliklər, dərman preparatları, tibb müəssisələri haqda bir sıra məlumatlar əldə edə bilərsiniz. İnsanlara həkimləri tanıtmaq, pasiyentlərə doğru ünvana müraciət edərək problemlərini tez bir zamanda həll etməyə yardımçı olacayıq.
http://1arada.az/

One Reply to “Pilləkən qalxmaq ürəyə xeyirdir – Həkimlər bildirirlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir