Pediatr: Uşağı idmana qoyduqda öz istəklərinizi deyil, uşağın bədən quruluşunu nəzərə alın
Həkimlər Müsahibələr Qadın Uşaq Kişi Redaktorun Seçimi

Pediatr: İdmana qoyduqda öz istəklərinizi deyil, uşağın bədən quruluşunu nəzərə alın

İdmanın uşağın həyatında və sağlam inkişafında əhəmiyyətli rol oynadığını çoxları bilir. Amma uşaq üçün hansı idman növünün daha faydalı olduğundan bir çoxları məlumatsızdır. Uşağın məşğul olması üçün idman növü seçərkən nələri nəzərə almağın vacib olduğunu pediatr Tərlan Eyyubov 1Arada.az işləyiciləri ilə bölüşüb. Həkimlə bu mövzuda olan müsahibəni sizə təqdim edirik.

Uşaqların inkişafında idmanın nə kimi rolu var?

Yüksək texnologiyalar, müasir qadjetlər və kompüter oyunları dövründə uşaqların fiziki fəaliyyəti gündən-günə azalır. Uşaqlar getdikcə asudə vaxtlarını həyətdə və ya idman meydançasında deyil, virtual dünyada keçirirlər. Fiziki aktivliyin olmaması və oturaq həyat tərzi böyüyən orqanizmə mənfi təsir göstərir, yuxunun və bütövlükdə sağlamlığın pozulmasına gətirib çıxarır. Gündəlik aktivlik tələbatının ödənilməsində və uşaq orqanizminin tonusda saxlanmasında idman məşğələlərinin çox böyük rolu var. Axı idman hərəkətdir, hərəkət isə həyatdır. Ona görə də uşaqların sağlam, şən və intizamlı böyüməsi üçün idman sadəcə onlara lazımdır. Statistikaya görə, tez-tez xəstələnən məktəb yaşlı uşaqların 80% – i idmanla məşğul olmur və bədən tərbiyəsi dərslərini buraxır. Belə uşaqlarda xroniki xəstəliklər də, erkən yaşlarından fiziki fəallığa öyrəşmiş, aktiv oyunlarla oynayan uşaqlardakından daha tez-tez rast gəlinir. İdmanla müntəzəm məşğul olmaq uşaqlarda əzələlərin, tənəffüs aparatının, ürək-damar sisteminin və dayaq-hərəkət aparatının güclənməsinə, metabolik proseslərin sürətlənməsinə, diqqətin, çevikliyin, dözümlülüyün artmasına, qamətin yaxşılaşmasına gətirib çıxarır. Bundan başqa, müntəzəm məşqlər uşağı daha intizamlı edir və onun xarakterini tərbiyə edir

Neçə yaşından uşaq idmanla məşğul olsa yaxşı olar?

Bilirsizmi, günümüzdə bir çox idman növləri var: gimnastika, futbol, bal rəqsləri, fiqurlu konkisürmə, voleybol, tennis və s. Düzgün seçim etmək üçün müxtəlif aspektləri (uşağın maraqları, onun temperamenti, fərdi xüsusiyyətləri, idman məktəbinin evdən uzaqlığı) nəzərə almaq lazımdır. Lakin mütəxəssislərin əksəriyyəti belə bir fikirdədirlər ki, uşaqların fiziki və əqli inkişafında komanda idman növləri çox böyük rol oynayır. Məsələn, voleybol, futbol və basketbol. Əslində, idman top oyunları yalnız əyləncə deyil, burada kompleks hərəkətlər var, hansi ki, uşağın boy artımını stimullaşdırır, orqanizmin əzələlərinin sinergik işləməsini və görmə aparatını inkişaf etdirir, hərəkətlərin koordinasiyasını və hərəki-motor reaksiyalarını yaxşılaşdırır, komanda ruhunun formalaşmasına köməklik edir. Belə oyunlar zamanı uşaqda məntiq və strateji düşüncə inkişaf edir. Uşaq sərbəst qərar qəbul etməyi və kollektivdə problemlərin, münaqişələrin sülh yolu ilə həll etmə yollarını öyrənir. Futbol, basketbol və digər oyun idman növləri həyati keyfiyyətləri inkişaf etdirir, hətta uğursuzluq halında mübarizə aparmaq və geri çəkilməməyi öyrədir.

Neçə yaşından uşaq idmanla məşğul olsa yaxşı olar?

Fikrimcə, “Hansı yaşda uşağı bu və ya digər idmana verə bilərik? “sualina birmənalı cavab yoxdur, çünki hər bir insan fərdidir. Üç yaşında skeytbordda və ya dağ xizəklərində gəzməyi bacaran uşaqlar var. Digərləri isə məsələn 10 yaşı var ancaq hələ heç bir idman növünə hazır deyillər. Ümumilikdə isə həyatın ilk illərində idman, uşağın məkanda öz bədənini öyrənməyə yönəldilməlidir. Üzgüçülük, rəqs  və gimnastika bundan ötrü daha yaxşıdır. Bu yaşda bədəni idarə etməyi, hərəkətlərin düzgün koordinasiyasını tənzimləməyi öyrənmək vacibdir.

Qızlar üçün hansı oğlanlar üçün idman növləri daha faydalıdır?

Adətən rəqs qızlar tərəfindən seçilir, ancaq o oğlanlar üçün də faydalıdır. Rəqs sinergik əzələ inkişafını təmin edir, məkanda oriyentasiyanı yaxşılaşdırır. 4-5 yaşlarda körpənin bədən quruluşunun tipi artıq formalaşır (onun xarakteri kimi) və istedadları üzə çıxır yavaş-yavaş. Bu yaş koordinasiyanın inkişaf etdirmək üçün yaxşıdır. Uşağa akrobatika, gimnastika, tennis, tullanma və ya fiqurlu konkisürmə ilə məşğul olmağı təklif etmək olar. 6-7 yaş elastiklik və plastikliyin inkişafı üçün əla vaxtdır. Uşağı gimnastikanın istənilən növünə vermək, üzgüçülüyə, şərq təkbətək döyüşlərlə və ya futbolla məşğul olmağa başlamaq olar. 8-11 yaş yaş dövrü uşağın sürəti, çevikliliyinin inkişafı üçün ən yaxşı və uyğun vaxtdır. 11 yaşdan böyük uşaqlarda dözümlülüyü artırmaq lazımdır. 11 yaşdan sonra uşaqlar böyük yüklərə tab gətirməyi, kompleks hərəkətləri mənimsəməyi bacarırlar. Topla istənilən idman növünü seçmək, yüngül atletika, boks, və digər variantları nəzərdən keçirmək olar.

Burda digər məqam, bəlkə də ən əsası odur ki, idman növünü valideynlər öz istəklərinə uyğun deyil, uşağın istəyinə və marağına uyğun, onun bədən quruluşunu nəzərə almaqla qoymalıdırlar. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir