Paltaryuyan Haqqında Bilmədiklərimiz
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar

Paltaryuyan Haqqında Bilmədiklərimiz

Alman və Böyük Britaniya alimləri paltaryuyan maşınların hansı rejimdə işləməsinin insan sağlamlığı üçün daha təhlükəli olduğunu araşdırıblar.
Müəyyən edilib ki, paltaryuyan maşınlar enerjiyə qənaət rejimində işlədikdə yuyulma aşaği temperaturda həyata keçdiyi üçün antibiotiklərin təsirinə qarşı davamlı olan təhlükəli bakteriyaları məhv etmək iqtidarında olmur. Alimlərin sözlərinə görə, paltaryuyan maşının yuyucu toz üçün nəzərdə tutulan bölməsində və barabanın daxilində olan rezin detallarda hətta pnevmaniya törədə biləcək bakteriyalar külli miqdarda olur.
Alimlər, bu bakteriyaların həm də bağırsaqları zədələdiyini nəticədə bir sıra bağırsaq və mədə problemlərinə yol açdığını da vurğulayırlar. Buna görə də onlar, xroniki infeksiya və trofik mədə xorası olan ailə üzvünün paltarlarını yalnız yüksək temperaturlu rejimdə yumalarını tövsiyə edirlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir