Palmali Holding müflis elan edilib
Məşhurlar

“Palmali Holding” müflis elan edib

Martın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali Holding Company Limited” müflis olub.

1Arada.az “report”a istinadən xəbər verir ki, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə “Palmali Holding Company Limited” Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu olan bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda, dünya miqyasında Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov “Palmali Holding”in İngiltərə Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir